İSTİFADƏÇİ MÜQAVİLƏSİ

Dərc olunma tarixi: 19 may 2024-cü il.

Bu nəşr 19 may 2024-cü il tarixindən etibarlıdır.

Dəyişiklikləri 10 təqvim günü əvvəl dərc edirik. 

Versiya: 1.0

Yeni versiya qüvvəyə minməyibsə, əvvəlki versiyaya baxın.

 

Mobil Tətbiqdən istifadə etməzdən əvvəl İstifadəçi Müqaviləsinin şərtlərini oxuyun.

Mobil Tətbiqdən sizin tərəfinizdən istənilən istifadə bu İstifadəçi Müqaviləsi şərtlərinin tam və qeyd-şərtsiz qəbul edilməsi deməkdir.

Əgər siz İstifadəçi Müqaviləsinin şərtlərini tam qəbul etməsəniz, Mobil Tətbiqdən hər hansı məqsədlə istifadə etmək hüququnuz yoxdur.

  1. ÜMUMİ MÜDDƏALAR

 

Bu İstifadəçi Müqaviləsi (bundan sonra Müqavilə adlandırılacaq) "Self Tech" (VÖEN 1703501821) (bundan sonra Self Tech adlandırılacaq) Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq təklifidir. İstifadəçi Müqaviləsi Selfbar Mobil Tətbiqindən istifadə şərtlərini müəyyən edir.

“Selfbar” Mobil tətbiqini mobil cihazınızda quraşdıraraq və “Mən İstifadə Şərtləri və Məxfilik Siyasəti ilə razıyam” işarəsini klikləməklə İstifadəçi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1 bəndinə müvafiq olaraq Self Tech-in ofertasının akseptini verərək bu Müqaviləni Self Tech ilə bağlamış hesab olunur və      408-ci  və 409-cü maddələrinə uyğun olaraq bu  Müqavilə şərtlərinə riayət edilməsini və Müqavilə ilə müəyyən olunmuş öhdəliklərin üzərinə götürülməsini təsdiqləyir.

Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir.

İstifadəçi Müqaviləsi Self Tech tərəfindən heç bir xüsusi xəbərdarlıq edilmədən dəyişdirilə bilər, İstifadəçi Müqaviləsinin yeni versiyası Saytda və/və ya Selfbar Tətbiqində dərc edildiyi gündən 10 (On) təqvim günü sonra qüvvəyə minir. O halda ki, Müqavilənin yeni redaksiyasında hər hansı bir başqa şərt nəzərdə tutulmamış olsun.

İstifadəçi Müqavilənin şərtlərindəki dəyişiklikləri nəzarətdə saxlamaq üçün  saytı və/və ya Selfbar Tətbiqini müstəqil şəkildə izləyir. Bu tələbin yerinə yetirilməməsi riski tamamilə İstifadəçinin üzərinə düşür.

Bu İstifadəçi Müqaviləsinə dəyişikliklər və/və ya əlavələr edildikdən sonra Mobil Tətbiqdən istifadənin davam etdirilməsi belə dəyişikliklər və/və ya əlavələrin qəbul edilməsini və onlarla razılaşdığını bildirir.

İstifadəçi Müqaviləsi Mobil tətbiqin bütün sonrakı yeniləmələrinə və yeni versiyalarına şamil edilir. Mobil Tətbiqin yeniləməsini və ya yeni versiyasını quraşdırmağa razılıq verməklə İstifadəçi, Mobil Tətbiqin yeni versiyasının yenilənməsi və ya quraşdırılması başqa lisenziya Müqaviləsi ilə müşayiət olunmazsa, İstifadəçi Müqaviləsinin şərtlərini qəbul edir.

Mobil Tətbiqdən hər istifadə zamanı İstifadəçi Mobil Tətbiqdən faktiki istifadə zamanı qüvvədə olan İstifadəçi Müqaviləsinin dəyişdirilmiş şərtləri ilə razılaşmış olduğunu bildirmiş olur.

 

  1. TERMİNLƏR VƏ İZAHI

 

      1. İstifadəçi, Alıcı                     -      “Self Bar” mobil tədbiqində müvəffəqiyyətlə  qeydiyyat proseduru keçmiş, Müqavilə çərçivəsində hüquq əldə etməsinə, öhdəliklərin  daşınmasına və öz adından “Self Bar” mobil tədbiqi vasitəsilə Məhsulların  alınmasına dair  qanunvericiliyə əsasən, hüquq və  fəalliyyət qabiliyyətinə mailk olan  fiziki şəxs.

 

İstifadəçinin qeydiyyatı           - istifadəçini müəyyən etmək və “Selfbar” Mobil Tətbiqinin funksiyalarını istifadə etmək üçün İstifadəçi Hesabının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi.

İstifadəçinin Avtorizasiyası    -  qeydiyyatdan keçmiş İstifadəçinin Mobil Tətbiqə qoşulması.

“Selfbar” Platforması (Platforma) - işçi heyəti olmadan texnoloji ticarət proseslərini yerinə yetirmək üçün fəaliyyət göstərən və özündə bir-biri ilə əlaqəli olan  EHM proqramları; məlumat bazaları, tətbiqlər, interfeyslər və məlumat bazaları toplusunu  ehtiva edən,  Self Tech-ə məxsus mürəkkəb əqli mülkiyyət obyektini təşkil edən proqram-apparat kompleksidir.

“Selfbar” platforması «App Store» və Play store tədbiq mağazasında yerləşdirilən iOS və Android platformalarında fəaliyyət göstərən, «App Store» alətləri vasitəsi ilə yayılan “Selfbar” mobil tədbiqini təşkil edir.

Ticarət obyekti        - Selfbara məxsus unikal identifikatora malik, Selfbar Platformasına qoşulmuş qeyri-stasionar pərakəndə satış obyekti (mikromarket, qəhvə maşını və digər avadanlıqlar).

Məhsullar             - açıq təklif müqaviləsi əsasında Alıcı ilə Satıcı arasındakı əməliyyatın obyekti. Məhsullar Selfbar Tətbiqi tərəfindən oxunan barkod ilə qeyd olunub və qiymətləri mövcuddur.

Dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş mallar           -  qanunla müəyyən edilmiş qaydada dövriyyəsinə məhdudiyyətlər qoyula və ya dövriyyəsinə qadağa qoyula bilən mallar.

Sayt       - İnternetdə aşağıdakı göstərilmiş ünvanda yerləşən Self Tech veb-saytı: https://selfbar.az

Dəstək xidməti           -  Selfbar Tətbiqində söhbət vasitəsilə İstifadəçilərə məsləhət dəstəyi və məlumat verən SelfTech-in struktur bölməsi.

Pul köçürmə vasitələri üzrə operator           - Self Tech tərəfindən vəsaitlərin köçürülməsi məqsədi ilə cəlb edilən ödəniş sistemi

SelfTech istifadəçi məlumatlarının sürətli emalı və təhlükəsizlik siyasəti  -  “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının  11 may 2010-cu il tarixli,  № 998-IIIQ saylı Qanununa uyğun olaraq İstifadəçilər haqqında fərdi məlumatların emalı, saxlanması və istifadəsi qaydasını təsvir edən Selfbar saytında dərc edilmiş “Fərdi məlumatlar haqqında" sənəd.

Cihaz        -  Alıcıya məxsus iOS və ya Android əməliyyat sistemlərində işləyən internetə daxil ola bilən elektron mobil cihazı.

Selfbar, Mobil tətbiq, Proqram - Selfbar mobil tətbiqi.

 

  1. MÜQAVİLƏNİN MÖVZUSU

3.1. “Self Tech” MMC alışlar üçün nəzərdə tutulan Selfbar Mobil Tətbiqinə eksklüziv hüquqlara malikdir. “Self Tech” MMC bütövlükdə və fərdi olaraq Selfbar Mobil Tətbiqinin dizayn elementlərini təşkil edən obyektlərə dair bütün hüquqlara malikdir.

3.2. Self Tech MMC bu Müqavilə ilə Selfbar Mobil Tətbiqinin İstifadəçisinə Mobil Tətbiqdən funksional məqsədlərinə uyğun olaraq, aşağıdakı üsullarla və hədlər daxilində istifadə etmək hüququ ilə müstəsnasız, başqasına ötürülməyən, müddətsiz lisenziya verir:

3.2.1. Tətbiqin İstifadəçinin mobil cihazına quraşdırılması;

3.2.2. İstifadəçinin cihazındakı Tətbiqdən istifadə etməklə Selfbar platformasına qoşulmuş Pərakəndə satış nöqtələrində biznes fəaliyyəti ilə əlaqəli olmayan şəxsi məqsədlər üçün alış-veriş etmək.

3.3. Mobil Tətbiqdən yalnız yuxarıda göstərilən üsullarla istifadəyə icazə verilir. Başqa üsullarla istifadə qadağandır.  İstifadəçinin xüsusilə aşağıdakılarla bağlı hər hansı  hüququ yoxdur:

3.3.1. Mobil Tətbiqdə istifadə olunan alqoritmlərin icrası haqqında məlumat əldə etməyə yönəlmiş Mobil Tətbiq kodunu dəyişdirmək, dekompilyasiya etmək, şifrəni açmaq və digər hərəkətləri yerinə yetirmək;

3.3.2 Mobil tətbiqdən Selfbar və üçüncü şəxslərin hüquqlarını pozmaq üçün istifadə etmək;

3.3.3. Mobil Tətbiqdən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan məqsədlər üçün istifadə etmək;

3.3.4 Mobil Tətbiqdən Biznes fəaliyyətini həyata keçirmək məqsədilə istifadə etmək.

3.4. Self Tech İstifadəçilərə əvvəlcədən xəbərdarlıq etmədən Mobil Tətbiqi yeniləmək və ya başqa şəkildə dəyişdirmək hüququna malikdir. İstifadəçi Müqaviləsi yenilənmiş və ya dəyişdirilmiş Mobil Tətbiqə Google Play və (və ya) App Store-da müvafiq yeniləmə və ya dəyişiklik edildiyi tarixdən tətbiq ediləcək.

3.5. Self Tech İstifadəçiyə bu Müqavilənin şərtlərinə uyğun olaraq Satış Məntəqəsində Selfbar Tətbiqi vasitəsilə Məhsulları almaq üçün texniki imkan verir və İstifadəçi bu Müqavilənin şərtlərinə əməl etməyi, Məhsulun barkodunu skan etməyi, satınalmaları vicdanla və vaxtında tam ödəməyi öhdəsinə götürür.

3.6. Self Tech İstifadəçiyə platformaya qoşulmuş Ticarət məntəqələrinin yeri haqqında məlumat verir.

3.7. Self Tech öz mülahizəsinə uyğun olaraq ödənişlərin qəbulu prosesinə agentləri (ödəniş sistemlərini) cəlb etmək hüququna malikdir. 

3.8. Self Tech, İstifadəçidən şübhələndiyi təqdirdə (xüsusən, Satış Məntəqəsində mal və ya avadanlıq oğurlamaq cəhdi, satınalma üçün vəsaitin silinməsinin mümkünsüzlüyü və ya bu cür vəsaitin çatışmazlığı ilə bağlı şübhələr və s), bu İstifadəçi üçün Selfbar Tətbiqindən istifadə imkanını bloklamaq hüququna malikdir.

3.9. Self Tech Satış Məntəqəsində İstifadəçi ilə bağlı proqram təminatı ilə müşahidə və video çəkilişi həyata keçirir. Self Tech bu Müqavilənin şərtlərinin pozulmasını və/və ya qanun pozuntularını aşkar etmək və qeyd etmək üçün digər vətəndaşlardan, xidmətlərdən və təşkilatlardan alınan foto və video materiallardan da istifadə etmək hüququna malikdir. 

3.10. Self Tech, İstifadəçi Məlumatlarının Emalı və Təhlükəsizlik Siyasətinə uyğun olaraq İstifadəçilərin fərdi məlumatlarını, o cümlədən alış-veriş seanslarının videolarını operativ şəkildə emal edir və qoruyur.

 

  1. TƏTBİQDƏN İSTİFADƏ ŞƏRTLƏRİ

4.1. Tətbiqdən istifadə yalnız İnternetə çıxışınız olduqda mümkündür. İstifadəçi öz telekommunikasiya operatorunun və ya İnternet provayderinin şərtləri və tarifləri əsasında bu cür girişi müstəqil olaraq alır və ödəyir.

4.2. İstifadəçi Tətbiqi öz mobil cihazına AppStore (itunes.apple.com) və/və ya Google Play (play.google.com) proqram mağazaları vasitəsilə müstəqil şəkildə yükləyir (endirir).

4.3. Selfbar Mobile proqramından istifadə etmək üçün qeydiyyat prosedurunu tamamlamalısınız:

- telefon nömrənizi daxil edin;

- göstərilən telefon nömrəsinə göndərilən dörd rəqəmli kodu daxil etməklə telefon nömrənizi təsdiqləyin;

- Tətbiqin istifadə şərtlərini qəbul etdiyinizi təsdiqləmək üçün: "Mən İstifadə Şərtləri və Məxfilik Siyasəti ilə razıyam." işarəsini basın.

4.4. Tətbiqin bəzi funksiyalarına giriş əldə etmək üçün İstifadəçi əlavə məlumat daxil etməlidir (mütləq deyil):

- Əlaqə üçün, kompaniyalardan yararlanmaq üçün, o cümlədən Dəstək Xidməti ilə əlaqə üçün soyadınızı, adınızı, doğum tarixi və e-poçt ünvanınızı daxil etməlisiniz;

- Malları almaq üçün bank kartı məlumatlarınızı daxil etməlisiniz. Yalnız İnternet ödənişlərini həyata keçirmək funksiyası olan bank kartlarından istifadə etməyə icazə verilir;

- 18+ mal almaq üçün istifadəçi pasportunun skanını (şəkilli səhifə və pasportu verən orqan) və pasportla selfi çəkib yükləməklə yaşını təsdiqləməlidir.

4.5. Mobil Tətbiqdən istənilən formada istifadə etməyə başlamaqla İstifadəçi təsdiq edir ki, o:

- 14 (on dörd) yaşına çatmış, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət qabiliyyətinə və fəaliyyət hüququna malikdir. İstifadəçi 14 yaşına çatmayıbsa, habelə qanun tələb etdiyi hallarda tətbiqdən istifadəyə yalnız valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə icazə verilir.

- Müqavilənin şərtlərini oxuyub, bu sənədlərin mənasını başa düşür, onların məzmunu ilə razılaşır və onlar tərəfindən müəyyən edilmiş tələb və öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür, habelə bağlanmış Müqavilə üzrə öz hərəkət və hərəkətsizliyinin bütün nəticələrini başa düşür;

- qeydiyyat hesabını öz adından həyata keçirib, Müqavilə bağlayarkən Self Tech-ə tam, etibarlı və dəqiq olan şəxsi məlumatlarını təqdim edib;

- Müqaviləyə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq fərdi məlumatlarımın emal olumasına razılıq verib;

- İstifadəçinin dəqiq hərəkətlərini, o cümlədən İstifadəçinin və/və ya  Satış Məntəqəsinə gələn ziyarətçilərin Müqavilə üzrə öhdəliklərinin pozulmasını izləməyə və qeyd etməyə imkan verən hər hansı avadanlığın Satış Məntəqəsində yerləşdirilməsi ilə, həmçinin pozuntuların qeydə alıması ilə razılaşır;

- razılaşır ki, İstifadəçinin hərəkətləri və ya hərəkətsizliyi, o cümlədən Tədbiqin, Satış Məntəqəsinin iş qabiliyyətliliyi, habelə İstifadəçinin bu Müqavilə üzrə hər hansı zəmanət və öhdəlikləri nəticəsində Self Tech-ə dəymiş zərərin məbləği Self Tech-in öz mülahizəsinə görə müəyyən edilir və o, şübhəsiz ki, bu cür itkiləri kompensasiya etməyə razıdır.

4.6. Mobil Tətbiqdən istifadə edərkən İstifadəçi aşağıdakıları öhdəsinə götürür:

- Ticarət məntəqəsinin qapısı açıldığı andan alış-veriş seansı başa çatana və Ticarət məntəqəsinin qapısı bağlanana kimi orada yerləşən Əmlakın təhlükəsizliyini təmin etmək, əmlaka zərər və ya ziyan vurmamaq, alış -veriş seansı başa çatan kimi qapının qağlanmasını təmin etmək;

- üçüncü tərəflərin İstifadəçi adından Selfbar Tətbiqinə giriş əldə edə bilməməsi üçün hesabınızın və digər şəxsi məlumatların təhlükəsizliyini və məxfiliyini müstəqil şəkildə təmin etmək;

- qeydiyyat zamanı təqdim olunan Fərdi məlumatlarda dəyişiklik baş verdikdə bu məlumatları yeniləmək;

- yaş məhdudiyyəti olan malların alınması hallarında Alıcının yaşını təsdiqləmək üçün Self Tech-ə pasportun skanını təqdim etmək;

- malların haqqını vaxtında ödəmək və bu Müqavilədə nəzərdə tutulmuş digər ödənişləri həyata keçirmək, bank kartında malların və digər ödənişlərin ödənilməsi üçün kifayət qədər miqdarda vəsaitin qalığını təmin etmək;

- üçüncü tərəflərə alış-veriş etmək üçün Selfbar Tətbiqinizdən istifadə etməyə imkan verməmək, alış-verişi yalnız şəxsən həyata keçirmək;

- Selfbar Tətbiqindən yalnız biznes fəaliyyəti ilə əlaqəli olmayan şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə etmək;

- İnternet saytında və/və ya Selfbar Tətbiqində Müqavilənin şərtlərindəki dəyişiklikləri müstəqil şəkildə izləmək;

- İstifadəçinin Dəstək Xidməti ilə əlaqə saxladığı zaman, operatorun sorğusu əsasında məlumatı təqdim etmək (soyadı, adı, pasport nömrəsi və seriyası, doğum tarixi, əlaqəli bank kartının son dörd rəqəmi, mobil telefon nömrəsi -).

- alış-veriş etmək üçün Selfbar platforması ilə avtomatik inteqrasiya olunmuş və başa çatdırılmış alışlar üçün ödənişlər üçün vəsaitin silinəcəyi bank kartı məlumatlarını daxil etmək.

4.7. Mobil Tətbiqin quraşdırıldığı mobil cihazdan gələn bütün hərəkətlər İstifadəçidən gəlmiş hesab olunur. İstifadəçi qeydiyyatdan sonra onun hesabı vasitəsilə baş vermiş bütün kommunikasiyalara və hərəkətlərə görə tam məsuliyyəti öz üzərinə götürür.

4.8. Giriş məlumatı itirildikdə və ya üçüncü tərəfin bu məlumatlara sahib olduğu ilə bağlı şübhələr varsa, İstifadəçi Dəstək Xidməti ilə əlaqə saxlaya bilər və ya girişi bloklamaq və ya bərpa etmək tələbi ilə support@selfbar.az elektron poçtuna müraciət edə bilər.

4.9. Mobil Tətbiqin işləməsi ilə bağlı suallar üçün İstifadəçi Tətbiqdə Dəstək bölməsi vasitəsilə əlaqə saxlaya bilər.

5. PƏRAKƏNDƏ SATIŞ NÖQTƏSİNDƏ SATIN ALMA PROSEDÜRÜ

5.1. Selfbar Tətbiqindən istifadə edərək yalnız Self Tech MMC -nin Selfbar platformasına qoşulmuş Satış məntəqələrindən alış-veriş etmək mümkündür.

Pərakəndə satış məntəqələrində məhsulların satınalınması qaydalarını  izah edən stikerlər mövcuddur. Alıcı satış nöqtəsində yerləşən və ya yerləşdirilən bildirişlərin, təlimatların, məlumat lövhələrinin bütün tələblərinə əməl etməlidir.

Satış məntəqəsinin növündən asılı olaraq, satınalma prosesi fərqli ola bilər.

5.2. Mikromarket alış-veriş prosesi.

5.2.1. Mikromarketin qapısı iki elektron kilid ilə bağlı olur və alıcı həmin kilidi  mikromarketin qapısındakı QR kodunu skan etməklə aça bilər:

5.3. Qapı açıldıqdan sonra alıcı fiziki olaraq almaq istədiyi malı götürür və barkodlarını "Skan" funksiyasından istifadə edərək Selfbar tətbiqində skan edir.

5.4. Alıcı seçdiyi bütün malları skan etməlidir.

5.5. Alıcı artıq skan edilmiş hər hansı bir məhsulu almaq istəmirsə, onu elektron səbətdən çıxara bilər.

5.6. Bütün məhsullar skan edildikdən sonra elektron bir səbət formalaşır və malın alınması dövründə olan qiymətlərə və aksiyalara uyğun olaraq ümumi alış qiyməti hesablanır.

5.7. Satınalma prossesini həyata keçirmək üçün istifadəçi mobil tətbiqetmədə "Ödəniş" düyməsini basır.

5.8. Satınalma miqdarı üçün ödəniş avtomatik olaraq tətbiqetmədə ödəniş vasitəsi kimi tətbiq olunan alıcıya məxsus bank kartı vasitəsilə həyata keçirilir.

5.9. İstifadəçi Satış nöqtəsindən çıxmazdan əvvəl seçilmiş məhsulun dəyərini ödəməyə borcludur.

5.10. İstifadəçi seçdiyi məhsulları almadıqda, malları elektron səbətdən çıxarmaqla geri qaytarmalıdır.

5.11. İstehlak sessiyası başa çatdıqdan sonra Mikromarketin qapısını bağlamaq və qapının bloklandığına əmin olmaq lazımdır, əks halda alıcı baş verə biləcək bütün mənfi nəticələrə görə cavabdehlik daşıyır.

5.12. Hər hansı bir səbəbə görə malın dəyərini ödəmək mümkün deyilsə, alıcı satınalma sessiyasını dayandırmalı və seçilmiş malları geri qaytarmalıdır.

5.13. İstifadəçi satış məntəqəsinin fəaliyyəti ilə bağlı dəstək xidmətindəki çat "söhbət" vasitəsilə müraciət edə bilər.

5.14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarına əsasən İstifadəçi məhsulun dəyərini ödədikdən sonra geri qaytarılmır.

 

  1. HESABLAMA PROSEDURU

6.1. Alınmış məhsulun dəyəri İstifadəçinin Selfbar Tətbiqinə bağlanmış, alışlar üçün ödəniş vasitəsi kimi seçilmiş bank kartından, satınalma məbləğində, onun başa çatdığı an qüvvədə olan qiymətlərlə hesablanaraq silinir.

6.2. Ödəniş, ödəniş sistemlərinin Qaydalarına uyğun olaraq həyata keçirilir. Bu zaman (əgər varsa) yoxlama metodlarından, şifrələmədən və qapalı rabitə kanalları vasitəsilə məlumatların ötürülməsindən istifadə etməklə ödənişin məxfiliyinin və təhlükəsizliyinin təmin edilməsi Self Tech-in və ödəniş sisteminin özünün məsuliyyətindədir. Self Tech, İstifadəçinin ödəniş sisteminin yuxarıda göstərilən öhdəlikləri pozması ilə bağlı yaranan tələblərini qəbul etmir və nəzərə almır.

6.3. Self Tech İstifadəçinin bank kartındakı müsbət qalığı yoxlaya bilər, bunun üçün o İstifadəçinin balansından 1 (bir) qəpik dəyərində pul məbləği silir və məbləğin silinməsindən sonrakı 24 saat ərzində həmin məbləği İstifadəçinin bank kartına qaytarır.

6.4. Mallar üçün ödənişin nəticələrinə əsasən, Self Tech Selfbar Tətbiqində elektron şəkildə alış üçün qəbz yaradır

6.5. Bank kartından alış üçün vəsaiti hər hansı bir səbəbdən silmək mümkün olmadıqda, o cümlədən:

- Bank kartında vəsait çatışmadıqda;

- Bank kartı məlumatlarının səhv daxil edilməsi; bank kartının müddətinin bitməsi;

- pərakəndə satış nöqtəsinin və ya platformanın işində texniki çatışmazlıq;

- Bank kartında internet ödənişləri etmək üçün müvafiq sistemin olmaması və s.

Self Tech, bu haqda Selfbar tətbiqindəki alış pəncərəsində müvafiq mesaj vasitəsilə istifadəçiyə xəbər verir.

6.6. Alıcı, almaq istədiyi malların dəyərini alışı başa çatdırmaq üçün lazım olan məbləğə endirməyi, yəni vəsaitin çatdığı miqdarda alış-veriş etməyi və ya alışı başa çatdırmaq üçün əlavə bank kartını tətbiqə bağlamağı öhdəsinə götürür.

6.7. İstifadəçi satın alma haqqını tam ödəməyibsə, bu hərəkətlər qanunsuz sayılır və buna görə də İstifadəçi mövcud qanunvericilik çərçivəsində Self Tech qarşısında tam məsuliyyət daşıyır.

6.8. İstifadəçi bu Müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirmədikdə, Self Tech İstifadəçini məsuliyyətə cəlb etmək və vəsaitin alınması üçün üçün səlahiyyətli orqanlara məlumat (Alıcının şəxsi məlumatları daxil olmaqla) göndərmək hüququna malikdir.

6.9. Self Tech İstifadəçinin bank kartından aşağıdakılarla bağlı pul silmək hüququna malikdir:

- alış sessiyası başa çatdıqdan sonra istənilən vaxt ödənilməmiş malların dəyərini;

- İstifadəçi Müqaviləsi ilə müəyyən edilmiş cərimələrin dəyərini.

- İstifadəçi tərəfindən bu Müqavilənin şərtlərini pozaraq Self Tech-ə vurduğu maddi zərərin miqdarını

- bu Müqavilənin 6.3 bəndində qeyd olunan məbləği

Self Tech-in satınalma başa çatmadıqda vəsaitin silinməsi faktı barədə İstifadəçini məlumatlandırmaq öhdəliyi yoxdur, lakin İstifadəçi kartı verən bankın məlumat xidməti vasitəsilə bank kartından silinən vəsaitə müstəqil nəzarət etmək hüququna malikdir. 

6.10. Bank kartından pul vəsaitlərinin səhv çıxması halında, İstifadəçi Selfbar Tətbiqinin müvafiq dəstək bölməsində Self Tech ilə əlaqə saxlamaq hüququna malikdir. Self Tech isə öz növbəsində İstifadəçidən səhv debeti təsdiq edən sənədləri (ödəniş tapşırığı və ya hesabdan çıxarış) təqdim etməyi tələb etmək hüququna malikdir. Self Tech 5 (beş) iş günündən gec olmayaraq İstifadəçinin vəsaitlərinin İstifadəçi Müqaviləsinə uyğun olaraq silindiyi hallar istisna olmaqla, bu sorğuya baxır və ona müvafiq tədbirlər görür. Əgər bankın daxili prosedurları ilə daha uzun müddət müəyyən edilməyibsə, o zaman silinən vəsaitin geri qaytarılması 30 (otuz) təqvim günündən gec olmayaraq həyata keçirilir. Pul vəsaitlərinin qaytarılması proseduru beynəlxalq ödəniş sistemlərinin qaydaları ilə tənzimlənir. Vəsaitin nəğd şəkildə geri qaytarılmasına icazə verilmir.

 

  1. MƏSULİYYƏT, CAVABDEHLİK

 

7.1. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, İstifadəçi bu Müqaviləni pozması nəticəsində Self Tech-ə dəymiş bütün itkiləri, xərcləri və zərəri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin və Müqavilənin tətləblərinə uyğun olaraq tam həcmdə ödəməyə borcludur, o cümlədən: cərimələri (və ya onların bir hissəsini); qiymətləndirici xidmətlər üçün vəsaiti; çatışmazlıqları aradan qaldırmaq üçün mütəxəssislərin səfər xərclərini; hüquqi xidmətlər üçün tələb olunan vəsaiti; Self Tech-in bu maddəyə uyğun olaraq xərcləri təşkil edən vəsaiti ayrı-ayrı təşkilatlarlara (kredit təşkilatları da daxil olmaqla) ödəməsi halında onlar tərəfindən tutulan komissiyanı; cərimlərin sənədləşdirilməsi üçün pul kompensasiyasını (identifikasiya, emal, Alıcının müəyyən edilməsi, pozuntu haqqında bildirişin yaradılması və Alıcıya göndərilməsi) və digər xərcləri. Zərərlər hesablanmış cərimələrə əlavə olaraq hesablanır və ödənilir. Alıcı həmçinin onun təqsiri üzündən meydana gələn boş dayanmalara görə Satıcıya kompensasiya ödəyir.

7.2 Selfbar Mobil Tətbiq İstifadəçisinin məsuliyyəti.

- Alış-veriş etmək üçün Selfbar Tətbiqindən istifadə hüquqları üçüncü şəxslərə verildikdə və ya Selfbar Tətbiqindən Müqavilədə nəzərdə tutlmayan sahibkarlıq, kommersiya və/və ya cinayət məqsədləri ( və/və ya qadağan edilmiş məqsədlər) üçün istifadə edildikdə Alıcı Self Tech-ə 1000 (bir min) manat məbləğində cərimə, o cümlədən də Satış Məntəqəsinə və/və ya məhsula dəymiş ziyana görə tam şəkildə vəsait ödəyəcək.

- İstifadəçi qeyri-dəqiq və ya oxunmayan məlumat təqdim edərsə və ya İstifadəçi tərəfindən təqdim edilən məlumatın etibarsız olması ilə bağlı şübhələr olarsa, Self Tech öz mülahizəsinə görə İstifadəçinin Selfbar Tətbiqindən istifadəsinə girişini bloklamaq hüququna malikdir.

- İstifadəçi tərəfindən Müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halında, o cümlədən Tətbiqdən başqa məqsədlər üçün istifadə edildikdə, avadanlıq və ya malların zədələnməsi halında Self Tech İstifadəçini bloklamaq hüququnu özündə saxlayır.

7.3. İstifadəçinin məsuliyyəti.

- İstifadəçi Pərakəndə satış məntəqəsinin və ya əmlakın yararsız hala salınması barədə dərhal Dəstək Xidmətinə məlumat verməlidir.

- Satış nöqtəsində gözlənilməz hallar (yanğınlar, oğurluqlar, vandalizm aktları və s.) baş verdikdə, Alıcı vəziyyətdən asılı olaraq müvafiq təcili yardım xidmətlərinə zəng etməyi və Self Tech Dəstək Xidmətini xəbərdar etməyi öhdəsinə götürür.

- Satış məntəqəsinin çirklənməsi, siqaret çəkilməsi (elektron siqaretlər və onların analoqları daxil olmaqla) və/və ya satış məntəqəsinin çirklənməsi səbəbindən oradakı mallar, habelə Self Tech-in digər əmlakı zədələndikdə və/ və ya alkoqollu içkilər içmək, narkotik vasitələrdən istifadə etmək, zibilləri satış məntəqəsinə qoymaq, onun ərazisində şəxsin təbii fizioloji ehtiyacları (sidiyə çıxma, nəcis, qusma və s.) ödəmək halları müşahidə edildikdə, onun təqsiri üzündən baş vermiş digər ziyanlara görə İstifadəçi dəymiş zərərin (ziyanın) məbləğini, Satıcının quru təmizləmə və ərazinin təmizlənməsi ilə bağlı xərclərini ödəməlidir.

Bu halda belə, Self Tech İstifadəçinin Selfbar Tətbiqindən istifadəyə girişini bloklamaq hüququna malikdir.

- Satış nöqtəsindən təyinatından başqa məqsədlər üçün və/və ya Müqavilədə nəzərdə tutulmayan (və/və ya qadağan olunan) digər məqsədlər üçün istifadə edildikdə, İstifadəçi Self Tech-ə 1000 (bir min) manat  məbləğində cərimə ödəməli, eləcə də Satış məntəqəsinə və/və ya məhsula dəymiş ziyana görə tam şəkildə ziyanın dəyərini ödəməlidir.

- İstifadəçi alış-veriş etdikdən sonra Mağazanı bağlamaq öhdəliyini yerinə yetirmədikdə, yaranan mənfi nəticələrə və zərərə görə Self Tech qarşısında məsuliyyət daşıyır.

- Satış nöqtəsində yerləşən əmlakın və/və ya malların oğurlanması və/və ya mənimsənilməsi halında, Alıcı Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır. Self Tech belə İstifadəçini bloklamaq hüququna malikdir.

- Alıcı Self Tech-ə onun təqsiri üzündən zədələnmiş Satış Məntəqəsinin bərpası (bərpasının təşkili) ilə bağlı itkiləri ödəyir. Satış Məntəqəsinin tam itkisi halında, Alıcı Satıcıya bunun nəticəsində dəyən itkiləri Satış Məntəqəsinin ilkin dəyəri məbləğində kompensasiya ödəməlidir.

7.4. Bu Müqavilədə nəzərdə tutulmuş bütün cərimələrin, eləcə də hər hansı digər ödənişlərin ödənilməsi İstifadəçinin bank kartından müvafiq məbləğlərin tutulması yolu ilə həyata keçirilir.

7.5. Self Tech-in Məsuliyyət Məhdudiyyəti. Self Tech, Azərbaycan Respublikasının  19 sentyabr 1995-ci il 1113 saylı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən səlahiyyətli bir təşkilat deyil və Alıcının qeyri-adekvat Məhsula dair iddialarını nəzərə almır və təmin etmir.

 

Self Tech aşağıdakılara görə məsuliyyət daşımır:

- İstifadəçinin (alıcının) bu müqavilənin şərtlərinə, ticarət obyektində müəyyən olunmuş qaydalara riayyət etmədiyi təqdirdə İstifadəçinin və ya üçüncü şəxslərin çəkdiyi zərərə görə.

- Alıcının və/və ya digər üçüncü şəxslərin əmlakına və sağlamlığına dəyən zərərə və Satış Məntəqəsində alış-verişin hər hansı digər nəticələrinə görə, çünki bu, Satıcı olmadan həyata keçirilən alış-veriş xidmətidir və Malların sahibi, habelə alış-veriş edildiyi yerlərin sahibi və yaxud kirayəçisi deyil.

- Satıcı tərəfindən satışa təqdim edilən Malların keyfiyyətinə görə;

- Satıcı tərəfindən təqdim edilən məlumatların məzmununa və/və ya aktuallığına görə, o cümlədən Malın dəyəri, saxlama müddəti, yararlılıq müddəti, keyfiyyəti və s.

- İstifadəçinin Cihazından Selfbar Tətbiqinin üçüncü şəxslər tərəfindən istifadəsinə görə, bununla əlaqədar İstifadəçinin Cihazından edilən bütün hərəkətlər İstifadəçinin hərəkətləri hesab olunur. Hər hansı bir şəxs Selbar Tətbiqinin funksionallığına giriş və İstifadəçi adından istifadə etmək imkanı əldə edərsə, İstifadəçi bu barədə İstifadəçi üçün əlverişli olan hər hansı bir şəkildə və ya Dəstək Xidməti ilə əlaqə saxlayaraq Self Tech-ə dərhal xəbərdar etməyə borcludur. Əks halda, Selfbar Tətbiqindən istifadə edərək İstifadəçinin adından həyata keçirilən bütün hərəkətlər birbaşa İstifadəçi tərəfindən həyata keçirilən hərəkətlər kimi qiymətləndiriləcək.

- Alıcının və/və ya alqı-satqı zamanı onunla birlikdə Satış Məntəqəsində olan şəxslərin unutduqları əmlak, qiymətli əşyaları və sənədləri üçün;

- rabitədə, internetdə və ya ünvanlama sistemlərinin (DNS) işləməsində yaranan fasilələrə, rabitə kanallarının kəsilməsi və magistral rabitə kanallarındakı nasazlıqlara görə, verilənlər səviyyəsində server infrastrukturunun nasazlığı nəticəsində Selfbar Tətbiqinin işində meydana gələn nasazlıqlara görə; mübadilə mərkəzləri, hesablama mərkəzləri, habelə regional və yerli əhəmiyyətli rabitə xətlərindəki problemlərə görə;

- üçüncü şəxslərin hər hansı bir Tərəfə hər hansı bir zərər vurmağa yönəlmiş icazəsiz hərəkətlərinə görə: elektron proqram təminatı və/yaxud aparat və ya onların kombinasiyalarından istifadə etməklə, o cümlədən rabitə kanallarını pozmaq və ya həddən artıq yükləmək, server infrastrukturunun iş qabiliyyətini pozmaq, proqram sistemlərinin idarə edilməsinə və məxfi məlumatlara icazəsiz çıxışa görə (hacking, DDOS hücumları, zərərli proqram kodunun paylanması, proqram təminatının və aparatın nasazlığı və s.)

- Alış veriş  və hesablaşma zamanı bank əməliyyatlarında baş verə biləcək uyğunsusluqlar gecikmələrə görə

7.6. İstifadəçi Selfbar Tətbiqindən yalnız riski öz üzərinə götürməklə istifadə etməsi ilə razılaşır və bunu təsdiq edir.

 

  1. ALICININ RAZILIĞI

 

8.1. İstifadəçi aşağıdakı fərdi məlumatların emalına razılıq verir:

- telefon nömrəsi;

- Soyadı, Adı

- E-poçt ünvanı;

- pasport məlumatları;

- Anadan olduğu tarix və yer;

- İstifadəçi tərəfindən təqdim edilən ödəniş kartı məlumatları və digər ödəniş məlumatları;

- foto şəkil.

8.2. Fərdi məlumatların işlənməsi özündə fərdi məlumatların yazılması, sistemləşdirilməsini,  toplanmasını, qeydə alınmasını, saxlanmasını, aydınlaşdırılmasını (yenilənməsi, dəyişdirilməsi), çıxarılmasını, istifadəsini, ötürülməsini (təmin edilməsi), bloklanmasını, silinməsini, məhv edilməsi daxil olmaqla, fərdi məlumatlarla hərəkətləri ehtiva edir.

8.3. İstifadəçi belə razılıq verməklə öz iradəsi ilə və öz maraqları naminə hərəkət etdiyini təsdiq edir.

8.4. Şəxsi məlumatların emalına razılıq Müqavilənin bağlanması və icrası məqsədilə İstifadəçi tərəfindən verilir.

8.5. İşlənilmə həm avtomatlaşdırma vasitələrinin köməyi ilə, həm də belə vasitələrdən istifadə etmədən həyata keçirilir.

8.6. İstifadəçi fərdi məlumatların işlənilməsi verilən razılığın verildiyi gündən hesabın ləğv edildiyi və ya silindiyi günə qədər etibarlı olduğunu təsdiq edir.

8.7. İstifadəçi Self Tech-ə yazılı bildiriş göndərməklə fərdi məlumatların işlənilməsiilə bağlı razılığını geri götürmək hüququna malikdir, bununla İstifadəçi başa düşür və təsdiq edir ki, Self Tech İstifadəçi məlumatlarını işlənimləsi qabiliyyətini itirdiyi andan etibarən Selfbar Tətbiqinə girişin təmin edilməyəcəkdir.

8.8. İstifadəçi, Self Tech-in bu Müqavilədə nəzərdə tutulmuş ödənişləri, o cümlədən Müqavilə şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar yaranan cərimələr, zərərlər, xərclər və məsrəfləri ödəmək üçün İstifadəçidən əlavə razılıq almadan bank kartından pul vəsaitlərinin çıxarılmasına razılıq verir.

8.9. Alıcı Self Tech-də keçirilən aksiyalar, yeni xidmətlər, xəbərlər, eləcə də Tətbiqdə reklam mesajları haqqında məlumat almağa razılaşır. İstifadəçi yazılı bəyanat göndərməklə ona ünvanlanmış reklam mesajlarını almaqdan imtina edə bilər.

8.10. Alıcı, qeydiyyat zamanı göstərilən mobil telefon nömrəsinə Self Tech-dən gələn zəngləri qəbul etməyə və Dəstək Xidmətindən mobil telefon nömrəsinə (o cümlədən WhatsApp, Telegram messencerlərində ona bağlı profillər)  borcun vəziyyəti haqqında məlumatı ehtiva edən digər bildiriş mesajlarını, eləcə də Selfbar tətbiqi və Müqavilənin şərtlərinə edilən dəyişikliklər haqqında məlumatların göndərilməsinə razılıq verir;

8.11. Alıcı, Alıcının borcunun olması halında, İstifadəçinin hesabın silinməsi barədə müraciət etdiyi tarixdən etibarən 14 gün ərzində ödənişlərin hesablanmasını həyata keçirməyə razılaşır.

 

  1. YEKUN MÜDDƏALAR

9.1. İstifadəçi hesabın silinməsi üçün sorğu göndərməklə Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Bu halda İstifadəçi Müqaviləyə xitam verildiyi tarixdən gec olmayaraq Müqavilədən irəli gələn bütün öhdəliklərini yerinə yetirməyi və onun qüvvədə olduğu müddətdə dəymiş bütün itkiləri ödəməyi öhdəsinə götürür.

9.2. İstifadəçinin təşəbbüsü ilə Müqavilənin ləğvi İstifadəçinin Self Tech-ə təqdim etdiyi şəxsən imzalanmış ərizə əsasında həyata keçirilir. Orijinal ərizə İstifadəçi üçün əlverişli olan istənilən şəkildə Self Tech-ə təqdim edilməlidir.

9.3. Self Tech belə bir qərarın səbəblərini izah etmədən birtərəfli qaydada Müqaviləni icra etməkdən imtina etmək hüququna malikdir. Bu halda, Müqavilə İstifadəçiyə Selfbar Tətbiqi (push bildirişləri göndərmək) və ya SMS mesajları göndərməklə və ya e-poçt vasitəsilə bildiriş göndərildiyi anda ləğv edilmiş hesab olunur. Xəbərdarlıq göndərildiyi zaman Satış məntəqəsində alış-veriş edilirsə, İstifadəçi bütün tələblərə uyğun olaraq alış sessiyasını dərhal başa çatdırmağı öhdəsinə götürür.

9.4. Self Tech bununla bildirir ki, İstifadəçinin və Self Tech-in bu Müqavilə üzrə hüquq və öhdəlikləri Self Tech-in, İstifadəçinin və ya İstifadəçinin mobil cihazının harada olmasından asılı olmayaraq Azərbaycan Respublikasının  qanunlarına tabedir.

9.5. Müqavilə bağlandığı andan Tərəflər İstifadəçinin adından Selfbar Tətbiqi vasitəsilə, habelə İstifadəçinin Qeydiyyat zamanı göstərdiyi telefon nömrəsindən istifadə etməklə həyata keçirilən mesajların və hərəkətlərin hüquqi qüvvəsini tanıyırlar. Selfbar Tətbiqi vasitəsilə göndərilən mesajlar göndərildiyi anda ünvan sahibi tərəfindən qəbul edilmiş hesab olunur.

9.6. İstifadəçi Azərbaycan Respublikasının  hüdudlarından kənarda yerləşdikdə və ya İstifadəçi Qeydiyyat zamanı xarici mobil operatorun mobil cihazının nömrəsini göstərdikdə bu Müqavilədə nəzərdə tutulmuş mesajların/bildirişlərin gec alınması və ya alınmaması risklərini öz üzərinə götürür.

9.7. İstifadəçi Müqaviləsinin icrası, ləğvi və ya etibarsız hesab edilməsi ilə əlaqədar yarana biləcək bütün mübahisələr, fikir ayrılıqları və iddiaları İstifadəçi və Self Tech-in məcburi iddia proseduruna uyğun olaraq danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Bununla belə, yaranan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Self Tech-in yerləşdiyi yerdə məhkəmədə həll ediləcək, məhkəmə icraatının dili rus dilindədir.

9.8. İstifadəçi Müqaviləsinə xitam verildiyi halda, İstifadəçi Mobil Tətbiqdən hər hansı istifadəni dərhal dayandırmağa və onu bütün mobil cihazların yaddaşından silməyə borcludur.